Haqqında sözlər


Yusif Səmədoğlu

Yusif Səmədoğlu Haqqında sözlər

Heydər Əliyev

...Yusif  Səmədoğlu bir tərəfdən klassik irsimizə istinad edən, digər tərəfdən müasir avropa ədəbi ənənələrindən bəhrələnmiş yaradıcılığı ilə milli ədəbiyyatımıza böyük iz buraxmışdır.

Yusif Səmədoğlu vətənimizin azadlığı və müstəqilliyi uğrunda göstərdiyi ictimai-siyasi fəaliyyətlə Azərbaycanda milli-azadlıq hərakatının inkişafında, demokratiyanın, insan hüquqlarının bərqərar olmasında mühüm rol oynamışdır.

Yaşar Qarayev (Filoloqiya elmləri doktoru):

Yusif Səmədoğlu nəsri yaddaş nəsridir.Yaddaş isə hər şeydən əvvəl bütövlük deməkdir, kamillik deməkdir.

Yusif Səmədoğlunun  bütün əsərləri həyatda, cəmiyyətdə, yaddaşda natamamlıq və naqislik, yarımçıqlıq əleyhinə çevrilmişdir.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Nizami Cəfərov (Akademik):

Yusif Səmədoğlu “Qətl günü” romanı ilə Azərbaycan ədəbiyyatına ən gözəl əsərlərdən birini verdi. Bu dünyada bütöv, mükəmməl, zəngin obrazını qoyub getdi.

Tofiq Hacıyev (Filoloqiya elmləri doktoru AMEA-nın müxbir üzvü):

“Yeddi oğul istərəm” filminin ssenarisi göstərmişdi ki, Yusif Səmədoğlu istedadlı nasirdir. “Komsomol poeması”nın xəlqiliyini ekran vasitəsiylə əyaniləşdirən də məhz Yusifin istedadı, ilk növbədə isə dil ustalığı idi.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Fərəməz Maqsudov (Akademik):

Yusif Səmədoğlu Azərbaycan nəsrinə bir yenilik gətirdi. Çox nadir bir yazıçı kimi. Yusifin dəsti-xətti nadir dəsti-xəttdir.

Anar (Xalq yazıçısı):

Yusif Səmədoğlu nadir istedada malik təkrarsız nasirdir. Yazıb qoyduqları da Böyük Ədəbiyyatdır. “Qətl günü” – müasir ədəbiyyatımızın həqiqət günüdür.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Həsənağa Turabov (Xalq artisti):

Mənim kino yaradıcılığımda ən sevdiyim obrazlardan biri Gəray bəydir.O rola çəkildiyim üçün Yusif Səmədoğlunu həmişə minnətdarlıqla xatırlayıram. Yusifin xoş çöhrəli görkəminə, səmimi söhbətlərinə, yüksək zövqlü ziyalılığına heyran kəsilmişəm.

Cabir Novruz (Xalq şairi):

Yusif  Səmədoğlunun  əsərləri  göstərir ki,onun haqqında  ədəbiyyatımızda gələcək zamanda da həmişə danışacaqlar.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Qəzənfər Kazımov (Filologiya elmləri doktoru):

Yusif Səmədoğlunun humanist ideyalarını təbliğ edən “Qətl günü” romanı bədii-estetik və sosial-ictimai dəyərinə görə nəsrimizin xüsusi maraq doğuran yüksək bir nümunəsidir.

Gülbəniz Əzimzadə (Rejissor):

“Qətl günü” romanını ilk dəfə “Azərbaycan” jurnalında üç günə və üç gecəyə oxuyan kimi başa düşdüm ki, bu əsər mənim qismətimdir. Bəlkə də elə mən tək bu əsəri ekranlaşdırmaq üçün vaxtı ilə rejissorluq sənətinə getmişəm... Əsəri mənə etibar etdiyinə görə ömrümün axırınacan Yusif Səmədoğluna minnətdar olacağam.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Çingiz Abdullayev (Xalq yazıçısı):

Yusif Səmədoğlu Azərbaycan ədəbiyyat tarixinə “Qətl günü” romanının və maraqlı hekayələr müəllifi kimi daxil oldu. Eyni zamanda Yusif Səmədoğlu xalqını sevən prinsipial şəxsiyyət idi. Yaxşı dost və müdrik insan idi.

Elmira Axundova (Yazıçı, publisist):

Yusif Səmədoğlu kimi işıqlı, istiqanlı, mehriban insanlar haqqında deyirlər: Onlar torpağın duzu, millətin vicdanı və təmiz adıdır.

Yusif Səmədoğlu yüksək mənəvi prinsipi olan bir insandır. Bu prinsipdən o, həyatı bahasına olsaydı belə, imtina edə bilməzdi.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Qabil (Xalq şairi):

Yusif Səmədoğlunun “Komsomol poeması” əsasında yazdığı “Yeddi oğul istərəm” ssenarisi Azərbaycan kinodramaturgiyasının ən gözəl nümunələrindən biridir.

Sabir Rüstəmxanlı (Xalq şairi):

Mən Yusifin iştirak etdiyi beynəlxalq görüşlərdə, tədbirlərdə olmuşam və deyə bilərəm ki, onun üzünə baxan Azərbaycanı görür, Azərbaycan həqiqətlərini görürdü. Bir neçə sözlə, bir neçə cümləylə Azərbaycanda çox adamın deyə bilmədiyi haqqları ortaya qoya bilirdi.

Yusif Səmədoğlu həm də bizim Xalq hərəkatımızın bir növ vicdan nöqtələrindən, həqiqət nöqtələrindən sayılmalı adamlardan biri idi. Xalq Hərəkatının millətə gətirdiyi bütün yaxşı-pis tərəflərini görən Yusif Səmədoğlu kimi adamlar demək olar ki, azdır.

Yusif Səmədoğlu Haqqında sözlər
Yusif Səmədoğlu Haqqında sözlər

Nəriman Həsənzadə (Xalq şairi):

Yusif  Səmədoğlu böyük yazıçı, filosof və ictimai xadim idi. Bədii təxəyyülünə, dövlətçilik təfəkkürünə görə xüsusi istedada malik qələm sahibiydi. Bir yazıçı, insan kimi qorxmaz idi, cəsarətliydi.