Vaqif
Səmədoğlu

Mükafatlar

1962-ci ildə Azərbaycan gənclərinin üçüncü fectivalında fortepiano üzrə laureat adını qazanmışdı.
1981-ci ildə SSRİ Mədəniyyət Nazirliyi Ümumrusiya Teatrlar İttifaqı tərəfindən B.Brextin “Arturo Ui-nin karyerası” pyesinin azərbaycan dilinə tərcüməsinə görə diplomla təltif edilmişdir.
1989-cu ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
1996-cı ildə Beynəlxalq Rəsul Rza mükafatı almışdı.
1997-ci ildə Humay mükafatı ilə təltif edilmişdir.
1999-cu ildə Xalq şairi adına layiq görülmüşdür.
2004-cü ildə Yusif Məmmədəliyev mükafatı almışdı.
2004-cü ildə “Şöhrət”, 2009-cu ildə “Şərəf”, 2014-cü ildə “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
2006-cı ildə “Azadlıq hərəkatçılar” ictimai birliyinin “Azərbaycan xalqının azadlığı, müstəqil demokratik dövlət quruculuğu uğrunda mübarizədə xüsusi xidmətlərinə görə”diplomu ilə təltif edilmişdir.
2012-ci ildə Nəsimi mükafatı almışdı.
2014-cü ildə Türk ədəbiyyatı qarşısında xidmətlərinə görə“Şeir Tacı”təqdim edilmişdir.