Haqqında sözlər


Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu Haqqında sözlər

Anar (Xalq yazıçısı):

Vaqif Səmədoğlu yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da bənzərsiz, təkrarsız, unikal hadisədir.

Vaqif dünyanın bütünlüklə – küll halında hər üzünə – şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, acısına, sevincinə – bir sözlə, hər sirrinə Vaqif olan sənətkardır.Vaqif Səmədoğlunun vaqifliyi bundadır.

İsa Həbibbəyli (Akademik):

İnsan və Dünya, Həyat və Ölüm kimi fəlsəfi baxış tələb edən mətləblər Vaqif Səmədoğlunun şeirlərində orijinal poetik vasitələrlə açıqlanır. Bu mənada Vaqif Səmədoğlu filosof şairdir...Vaqif Səmədoğlunun fəlsəfi poeziyası şeirin yüyənsiz, sərbəst atı ilə ədəbiyyat qatarını irəliyə apardı...

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

Tofiq Hacıyev (Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü):

Heyf, Vaqif Səmədoğlunu hamı oxumur...oxusaydı, vətənin nə dərdi vardı – yoxsa vətən tutuquşular yox, müdriklər yurdu olardı.

Ramiz Rövşən (şair):

Vaqif Səmədoğlusuz bizim müasir poeziyamız Xəzərsiz Bakıya və ya yuxu görməyən adama bənzəyərdi.

Vaqifin böyük dramaturq olduğunu zaman sübut edəcək. Çünki onun yazdıqları artıq məişətimizə keçib.

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

Zəlimxan Yaqub (Xalq şairi):

Vaqif Səmədoğlu poeziyası dünyanın ən müstəqil, ən azad poeziyasıdır... Dünyanın tənhalığına çəkilmək, tənhalıqda oxucuya milli, bəşəri duyğular bəxş etmək – budur Vaqif Səmədoğlunun şair taleyi.

Vaqif Yusifli (Filologiya elmləri doktoru, ədəbi tənqidçi):

Vaqif Səmədoğlunun “Allaha müraciətlər” mövzulu şeirləri poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı...

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

İradə Musayeva (Ədəbi tənqidçi):

Vaqif Səmədoğlu istedadı, şəxsiyyəti ədəbi və ictimai mühitə saflıq, təmizlik gətirdi... Vaqif şeirini dərk etmək üçün onun mənəvi-poetik dünyasının qapısını açmaq – bu qapının açarını əldə etmək lazımdır. Bunun üçün isə Vaqifi kitab-kitab, şeir-şeir yox, misra-misra, kəlmə-kəlmə öyrənmək, araşdırmaq, tanımaq lazımdır.

Əli Yavuz Akpinar (Ege Universitetinin professoru):

Hərdən elə bilirəm ki, Vaqifin şeirlərində söylədikləri mənim başıma gələcək, mənim qədərim olacaq. Bəzən də sanıram ki, bu şeirləri elə mən yazmışam.Bəlkə də gerçək şeirin sirri burda gizlənir.

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

Hüseyn Abbaszadə (Xalq yazıçısı):

Ədəbiyyatımızda Məşədi İbad kimi səhnədən həyata ayaq açan və milyonlar tərəfindən tanınıb qəbul edilən surətlərdən biri də Vaqifin yüksək ustalıqla yaratdığı Moşu obrazıdır.

Xalid Kaknıç ədəbiyyat tənqidçisi (Türkiyə):

Vaqif Səmədoğlu müasir türk ədəbiyyatının ən böyük ustadlarındandır.

Şamil Salmanov (Filologiya elmləri doktoru, ədəbi tənqidçi):

Vaqif Səmədoğlunun şeirləri üslub, forma xüsusiyyətləri etibarilə çağdaş poeziyamızda yenidir və bənzərsizdir.

Valeh Rzayev şair, tərcüməçi (Moskva)

XX əsrin 60-cı illərində Avropa poeziya aləmində sözün enerji qüvvəsinə görə Vaqif  Səmədoğluna bərabər sima olmamışdır.

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

Betty Blair "Azerbaijan International" jurnalının təsisçisi və baş redaktoru (1993-2011)

Vaqif  Səmədoğlunun yaradıcılığı öz dövrünün və zamanının siyasi rejiminə qarşı yönəlmiş olsa da, bu gün də öz təsirini və aktuallığını saxlamaqdadır.

Nizami Cəfərov (Akademik):

Vaqif Səmədoğlunun poeziyası (və şəxsiyyəti!) böyük mənada fərdi, özünəməxsus olsa da, burada şəxsi iddia, konyuktur sosial-ideoloji maraq, gələcəyə hesablanmış diplomatiya yoxdur. Elə bil ki, hansısa ilahi qüvvə Vaqif Səmədoğlunu ana bətnindən çıxarıb, gənclik dövründə təlqin oluna biləcəyi ədəbi-ideoloji və “estetik” kanonlara bulaşmaqdan qoruyaraq, özünü azad (!) ifadə edəcəyinə əmin olduğu bir dövrdə sərbəst buraxmışdı...

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

Paskal Payen Appenzeller tarixçi, şair (Fransa)

Vaqif Səmədoğlu dünya ədəbiyyatında xüsusi ağırlığı olan şairdir.

O şeirlərini dünyanın ən mütəfəkkir söz adamları kimi sadə, həzin oxunaqlı dildə yazıb. Vaqif  Səmədoğlunun şeirlərinin dərin fəlsəfi mənası bizi inam axtarışına, paklığa, xeyirxahlığa çağırır.

Anna Mariya Polo ədəbiyyatşünas və tərcüməçi (Fransa):

Vaqif Səmədoğlunun şeirlərini özüm üçün kəşf etdim. Söz yelkəni vasitəsiylə oyadılan hisslərə görə Səmədoğluna öz minnətdarlığımı bildirirəm. O şeirləri yaxın dostlara da oxutdurdum. Hamı heyran qaldı...

Vaqif Səmədoğlu Haqqında sözlər
Vaqif Səmədoğlu Haqqında sözlər

Hüseynağa Atakişiyev (Rejissor):

Vaqif Səmədoğlunun pyeslərində bütün gülüşlərin arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Vaqifdə güclü duyğu, hissiyat olduğundan cəmiyyətdə baş verən olayları öncədən qabaqlayır.