Səməd
Vurğun

Mükafatlar

1936-ci il Lenin ordeni ilə təltif olunmuşdur.
1937-ci il A.S.Puşkinin “Yevqeni Onegin” poemasını Azərbaycan dilinə tərcümə etmiş və Ümimittifaq Puşkin  Komitəsi tərəfindən “Puşkin medalı” ilə təltif olunmuşdur.
1937-ci il Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”  poemasını Azərbaycan dilinə tərcümə etdiyi üçün GÜRCÜSTAN  MƏRKƏZİ İCRAİYYƏ KOMİTƏSİNİN fəxri fərmanını almışdır.
1939-cu il “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
1941-ci il “Vaqif” dramına görə Dövlət mükafatı almışdır.
1942-cı il ”Fərhad və Şirin” pyesine görə ikinci dəfə Dövlət mükafati almışdır.
1943-cü il Azərbaycan SSR Əməkdar İncəsənət xadimi adı almışdır.
1946-cı il Qızıl Əmək Bayrağı Ordeni ilə təltif edilmişdır.
1956-ci il S.M Kirov adına Azərbaycan Dövlət Universiteti Elmı şurasında filoloji elmlərinin fəxri doktoru seçilmişdir.
1956-ci il Lenin Ordeni ilə təltif edilmişdir.  İlk dəfə Azərbaycan SSR XALQ ŞAİRİ adı verilmişdir.