Haqqında sözlər

HƏR BÖYÜK DÜHANIN XƏZİNƏSİNDƏN SADƏ BİR İNCİ DƏ DÖVLƏTDİR BİZƏ!

Səməd Vurğun

Səməd Vurğun Haqqında sözlər

Yemilian Bukov (Moldaviya):

 Səməd Vurğun böyük hərflərlə yazılan əsl insan idi. O, həyatı, insanı çox yüksək qiymətləndirirdi və buna görə də hamının ürəyinə tez yol tapırdı. Bəzən sənə o qədər sadə görünürdü ki, belə bir nəhəng istedad sahibi olduğunu təsəvvür edə bilmirsən…Azərbaycan xalqına eşq olsun ki, adı böyük hərflərlə yazılan bir İnsanı-mənim Səməd Vurğunumu dünyaya gətirmişdir!

Heydər Əliyev

Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur. Səməd Vurğun öz xalqına, millətinə sadiq insan olubdur. O, öz millətinin oyanışına, milli dirçəlişinə xidmət edibdir. Bütün yaradıcılığı boyu o, öz xalqını azad görmək istəyib, həmişə azadlıq, müstəqillik tərəfdarı olubdur.

Biz bu günümüzə görə - xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik... Bugünkü Azərbaycan əzəmətli, böyük bir binadır.  Bu binaya hərə öz payını qoyubdur - kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur. Biz Səməd Vurğunla fəxr edirik.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Məmməd Əmin Rəsulzadə («Çağdaş Azərbaycan ədəbiyyatı» əsərindən):

 «Vaqif» XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Mola Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır… Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi yerləri birgə gözdən keçirək…

Üzeyir Hacıbəyov

 Mən poeziyanı musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin şeirləri əvəzsizdir.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Çingiz Aytmatov (Qırğızıstan):

Dünyanın mədəniyyət irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur.

A.Sivalinqam (Hindistan):

Mən görkəmli Azərbaycan şairi Səməd Vurğunun poeziyası ilə tanışam. O mənim çox sevdiyim şairlərdən biridir. Səməd Vurğunun əsərlərini oxuduqdan sonra Azərbaycan poeziyasına maraq göstərirəm və əlimə düşən almanaxlarda, qazet və jurnallarda Azərbaycan şeirlərini axtarıram.

Xorxe Espinosa (İspaniya):

Gözəl Bakı, Odlar yurdu bir dürrdür, Burda gördüm xoşbəxtliyi, sevinci. Səməd Vurğun vulkan kimi püsgürdü, O dahiyə haray verdim birinci.

İlhami Emin (Yuqoslaviya):

Şeir yaşadıqca, söz yaşadıqca, Vurğun kəsiləcək Vurğuna hər kəs.

Səməd Vurğun Haqqında sözlər

A. Zayonçkovski (Polşa):

Bütün dünya xalqları kimi, Polşa xalqı da Azərbaycan şairi Səməd Vurğunun poeziyasını çox sevir. Elə təkcə «Azərbaycan» şeirinə görə ona xalq nəğməkarı demək mümkündür. Çünki S.Vurğun burada Vətənin ən əlamətdar keyfiyyətlərini ümumiləşdirir.

Yan Sudrabkaln (Litva):

… Səməd Vurğunun şeirlərini oxuyarkən biz onun özünü görür, səsini eşidir, qəlbinin hərarətini duyuruq. Elə bil şəffaf güzgüdə bütün geniş, hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan. Mənə elə gəlir ki, isti yay gecəsində eyvana çıxmışam. Hər tərəfdən növbənöv güllərin, növbənöv meyvələrin insanı məst edən ətri gəlir.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Antanas Venslova (Litva):

Mən Səməd Vurğunla Moskvada, Yazıçılar İttifaqında, İttifaqın plenum və iclaslarında, Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, SSRİ Ali Sovetinin sessiyalarında, ümumdünya sülh konqresində tez-tez görüşmüşəm. Onu həmişə sadə, xeyirxah və nəcib, səmimi dost və gözəl şair kimi görmək olardı. Poeziyanı o, qədər sözün əsl mənasında nə qədər sevmək mümkümdürsə, bir o qədər böyük məhəbbətlə sevirdi. Poeziyasız onun həyatını təsəvvür etmək çətin idi. O, qardaş xalqları yaxından tanıdığı və alqışladığı böyük istedad idi...

Maksim Rılski (Ukrayna):

Səməd Vurğun ədəbiyyatda həmişə yüksək, romantik, poetik üslubu bəzi ədəbiyyatçıların qanadsız təsvirçiliyinə qarşı qoymuş və bu üslubu ehtirasla müdafiə etmişdir...O, yalnız böyük poetik istedada deyil, həm də parlaq, dərin zəkaya və böyük ürəyə malik insan idi.

Səməd Vurğun Haqqında sözlər

...Ölməz Səməd Vurğunun Ev Muzeyi xalqımızın mədəniyyətinin inkişafına böyük xidmət göstərib. Əminəm ki, Səməd Vurğunun ədəbi irsi daimi yaşayacaq...

Uolter Mey (İngiltərə):

Füsunkar Azərbaycanı, ağ saçlı Qafqazı vəsf edən Səməd Vurğun təkcə bizim yox, bütün dairələrin və gələcək nəsillərin müasiri olaraq qalır və qalacaq. Mən onun poeziyasını hədsiz dərəcədə sevirəm. Dünyaya belə bir ilhamlı nəğməkar bəxş etmiş torpağa – Azərbaycan torpağına və xalqına minnətdarlığımı bildirirəm.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Aleksandr Fadeyev (Rusiya):

Onun ülvi poeziyası xalqımızın poeziyasının ən yaxşı əsərləri kəşkəşanında parlaq ulduz kim şəfəq saçır. Müxtəlif millətlərə mənsub olan milyonlarla bu poeziyanı sevir. Mən çoxdan bu poeziyanın məftunuyam… Dostlar-həyatımızda ən böyük səadətdir və nə yaxşı ki, dünyada Səməd Vurğun var!

Miroslav İvanoviç (Çexoslovakiya):

Vurğun bizə ona görə əzizdir ki, onun poeziyasında xalqın ruhu, doğma torpağın ruhu yaşayır. Məhz buna görə də o, həqiqi xalq şairidir və daim xalq şairi olaraq qalacaqdır.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Nazim Hikmət (Türkiyə):

Səməd Vurğun poeziyamızın planetidir. Bu planetin günəşi, ulduzları sönməzdir. Səməd Vurğun - qardaş dillərimizin böyük xalq şairi, dillərimiz yaşadıqca əbədi yaşayacaqdır.

Konstantin Simonov (Rusiya):

Səməd gözəl şair, mərd insan və sədaqətli dost idi. O, həqiqi xalqlar dostluğunun, şairlər arasındakı dostluğun nə demək olduğunu çox gözəl bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və onun hüdudları xaricində Səmədin çoxlu dostları vardı…

Səməd Vurğun Haqqında sözlər

Andris Veyan (Latviya):

Mən Səməd Vurğunun sözlərini indi də yada salıram, xüsusən qələmim çətin işləyəndə. Budur, 1956-cı ildir… Xəzər sahilindəyəm. Bakıda küləklər oynaşır. Bahar fəslidir. Amma qəlbimiz kədərlidir. Axı, biz Səməd Vurğuun «son» yubiley məclisinin qonaqlarıyıq. Danışmaqdan çox susuruq, həyat haqqında, əbədiyyat haqqında düşüncələrə dalırıq…

Anuar Əlimcanov (Qazaxıstan):

Səməd Vurğunu təkcə Azərbaycanda, yaxud Sovet İttifaqında deyil, xarici ölkələrdə də tanıyırlar. Mən ərəb ölkələrinə, İrana və Asiyanın digər ölkələrinə çox səfərlər etməli olmuşam, sovet ədəbiyyatından söz düşəndə hər yerdə Səməd Vurğunun da şeirini eşitmişəm.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

David Kuqultinov (Kalmıkistan):

 Səməd Vurğun Sovet İttifaqının elə emosional şairlərindəndir ki, təkcə Azərbaycan ədəbiyyatı deyil, həm də bütün SSRİ xalqları ədəbiyyatını öz zəmanəsi səviyyəsinə qaldırmağın vacibliyini dərk etmişdi… Buna görə də mən onun əziz surətini, onun qanadlı poeziyasını, onun qiymətli yaradıcılığını ömürlük ürəyimdə yaşadıram.

Qafur Qulam (Özbəkistan):

 Azərbaycan-qədim odlar ölkəsi xöşbəxtdir ki, dahi Səməd Vurğunu yetirib. Səməd başdan-başa istedad idi, yalnız şeir üçün doğulmuşdu…Qardaş Azərbaycan xalqının misilsiz mənəvi keyfiyyətlərini dostum Səmədin poeziyası vasitəsi ilə öyrənmişəm.

Səməd Vurğun Haqqında sözlər

Damdinsurengiyn Urianxay (Monqolustan):

Səməd Vurğunla mən, minlərlə yaşıdlarım kimi, hələ uşaqlıq çağlarından tanışam. Monqol dilinə tərcümə edilmiş «Zəncinin arzuları» poemasını monqol uşaqlarının necə maraqla oxuduğunu indi də xatırlayıram. Bu alovlu əsər bizim dərsliklərə salınmışdır.

Maksim Tank (Belorusiya):

O, xalqına təkcə şeiri ilə deyil, qəlbinin bütün hərarəti ilə şairliyin bütün nəğməkarlıq qüvvəsi ilə xidmət etmişdir. Onun ecazkar orijinal lirikası, dramları misilsiz qiymətə malikdir. Bu əsərlər Azərbaycan poeziyasının üslubunun və dilinin formalaşmasında böyük rol oynamış, bütün çoxmillətli ədəbiyyatımızın inkişafına müsbət təsir göstərmişdir.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Mustay Kərim (Başqırdıstan):

 Bütün ədəbiyyatların ulu ustadları var ki, yaradıcılıqları boyu çiyinlərində ağır, şərəfli bir yük aparıblar və bu, dünyanın böyük ədəbiyyatları sırasında öz xalqının, öz torpağının adı olub, ucalıb. Səməd Vurğun da belə ulu ustadlardandı.

Lui Araqon (Fransa):

 Mən Səməd Vurğunun Sovet Yazıçılarının II Ümumittifaq qurultayında nitqini dinlədikdə dünyada baş verən böyük dəyişikliklər barədə fikirləşirdim… …O, necə də böyük bir ilham və ehtirasla böyük sovet şairlərini epik poemalar və mənzun romanlar yaratmağa ruhlandırırdı. Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır.

Səməd Vurğun Haqqında sözlər

Bilfrid Brants (Almaniya):

 Mən Səməd Vurğunun ədəbi şöhrəti, onun ədəbiyyatda mövqeyi haqqında onu deyə bilərəm ki, bu «Vətən sevgisi ilə yanan sənətkar» müasir Azərbaycan ədəbiyyatının milli ənənələri ilə müasirliyi özündə birləşdirən ən görkəmli nümayəndəsidir.

Berdi Kerbabayev (Türkmənistan):

 Səmədi bir dəfə görən onun hər bir hərəkətini, baxışını ömrü böyu unutmaz. Səməddə bir igid, bir qartal görkəmi vardır. O, mübahisədən çəkinməz, ta həqiqət aydın olana qədər mübahisə edərdi. O, dumanlı xasiyyəti, dumanlı sözləri sevməzdi.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Rəsul Həmzətov (Dağıstan):

 Səməd Vurğun Azərbaycan poeziyasının ağ saçlı qartalı, Azərbaycan sovet ədəbiyyatının atası və oğludur. Azərbaycan və Səməd Vurğun bir-birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni məfhumdur, çünki Səməd xalqının ən yaxşı xüsusiyyətlərini – onun sadəliyini, cəsarətini dərin zəkasını və istedadını təcəssüm etdirir.

Georgi Leonidze (Gürcüstan):

 Səməd Vurğun Azərbaycan sovet poeziyasının balı və südü, duzu və çörəyidir, öz xalqının canlı təcəssümüdür. Onun parlaq, qüdrətli istedadı önündə baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Petrus Brovka (Belarusiya):

 O, təkcə qardaş Azərbaycanın yox, bütün sovet xalqlarının şairi idi. Onun müdrik ağlı, həssas, xeyirxah ürəyi vardı və buna görə də dostları Səməd Vurğuna dərin məhəbbət bəsləyirdilər.

Qaysın Quliyev (Balkar):

 Qardaşımız Səməd Vurğun…Mənim qardaşım Səməd…O mənim çox yadımdadır və onu iftixarla xatırlayıram…Mən onu Azərbaycanın yox, dünyanın ən böyük şairi, gözəl insanı hesab edirəm. Onun gözəl poeziyası heç vaxt solmayacaq. Biz ana Vətəni, xalqı hərarətlə sevməyi Səməd Vurğundan öyrənmişik. İnsanda nə qədər yaxşı xüsusiyyətlər varsa, hamısını bu pirə, peyğəmbərə aid etmək olar.

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Mixail Şoloxov (Rusiya):

 Elə təkcə onun xarici görünüşünün özu bədii əsər üçün müdrik bir obraz idi. O, gözəl və əvəzsiz insan idi. Onun ölümü biz yazıçıların qəlbinə, ürəyinə dağ çəkdi…

Georgi Strumski (Bolqarıstan):

 «Vurğun» ləqəbi seçib əsərlərini belə imzalamaq necə də gözəl, həm də cəsur bir addımdır. Özü də Şərq poeziyası üçün ənənəvi gözəlliyin vurğunu yox, yaradıcısı olduğun yeni həyatın vurğunu…

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Boris Oleynik(Ukrayna):

Mən Səməd Vurğundan danışanda onu cismən saf bilirəm, axı həqiqi şairlər heç vaxt ölmür, onlar yalnız həyatdan yaddaşlara köçürlər

Səməd Vurğun Haqqında sözlər
Səməd Vurğun Haqqında sözlər

Əbülqasım Lahuti (Tacikstan):

Səmədin üzünü gördüyüm zaman, Cismimə can gəldi, gözümə işıq. Şairlər vətəni Azərbaycan da, Onun sənətilə tapmış yaraşıq.

Səməd Vurğun Haqqında sözlər